Hindistanda yaşayan Məhəmməd Bava borclarını ödəmək üçün evini satmağa hazırlaşarkən milyonçu olduğunu öyrənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistanın Kerala əyalətinin Kasarqod rayonunda yaşayan Məhəmməd Bava podratçı kimi işləyirdi, lakin son illərdə onun işi pisləşmişdi.
Covid-19 pandemiyasının təsiri ilə Bavanın işi dayanıb.
İş tapmaqda çətinlik çəkən Bava kredit götürərək ailəsini dolandırmağa çalışıb. Onun borcları 5 milyon rupi təşkil edib.
O, borclardan qurtulmaq üçün çarəni evini satmaqda tapıb.
Bava evini 10 milyon rupiyə satışa çıxarıb.
Alıcı ilə razılaşan Bava satmağa razılaşıb.
Bir ildir ki, borclarını ödəmək ümidi ilə lotereya oynayan şanslı qalib evini satmaq üzrə olarkən nəticələr açıqlanıb və o, 10 milyon rupi udduğunu öyrənib.
