Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefonla danışıb.
Manset.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı regional təhlükəsizlik məsələləri müzakirə edilib. Həmçinin tərəflər Azərbaycan-Ermənistan normallaşma prosesinə də toxunub.