Türkiyə hərbi təyyarələrini Kiyevdən geri qaytarır

20:52 - 01 Avqust 2022

Türkiyə hərbi təyyarələrini Kiyevdən geri qaytarır

Türkiyə Hərbi Hava Qüvvələrinin Kiyevdəki iki təyyarəsi tezliklə daimi bazalarına qayıda biləcək.

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib.

"Biz bu məsələni həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Təyyarələr ilk fürsətdə geri qayıdacaq. Bunun yaxın günlərdə baş verə biləcəyini istisna etmirəm", - nazir deyib.

Qeyd edək ki, Türkiyənin hərbi nəqliyyat təyyarələri fevralın 24-dən Kiyev Borispol hava limanındadır. Akarın Ukrayna və Rusiya hakimiyyət orqanları ilə danışıqlarında onların Türkiyəyə qayıtması məsələsi dəfələrlə müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az