Vahid Ələkbərov 4 milyard dollar İTİRDİ

22:35 - 01 Avqust 2022

Vahid Ələkbərov 4 milyard dollar İTİRDİ

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 60,25 milyard dollar azalıb.

Manset.az xəbər verir ki, 2022-ci il avqustun 1-nə olan məlumata görə, sərvəti 8,2 milyard dollar azalaraq 20,6 milyard dollara düşən “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov Rusiyanın ən “yoxsullaşmış” milyarderləri siyahısına başçılıq edir.

“Bloomberg” Milyarderlər İndeksinə görə, ilin əvvəlindən “Novatek”in sədri Leonid Mixelson 5,73 milyard dollar itirərək, sərvəti 26,7 milyard dollara qədər azalıb. NLMK sədri Vladimir Lisin 5,5 milyard dollar yoxsullaşıb və hazırda sərvəti 22,5 milyard dollar təşkil edir.

Həmçinin, il ərzində “Lukoyl”un eks-prezidenti Vahid Ələkbərov 3,92 milyard dollar itirib. Onun sərvəti 2022-ci ilin əvvəlinə olan məlumata görə 17,8 milyard dollar qiymətləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az