İngiltərə mətbuatı Rusiyanın sirr olaraq saxladığı məlumatları yayımlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna prezidenti Zelenski dəfələrlə rus əsgərlərini Ukraynada döyüşləri dayandırmağa çağırmışdı.
Döyüşməkdən imtina edən rus əsgərlərinin taleyi aylar sonra bəlli olub.
Britaniyanın “Guardian” qəzetində yayımlanan xəbərə görə, yüzdən çox rus əsgəri döyüşməkdən imtina etdiyi üçün həbs edilib.
Ukraynanın şərqində 140-a yaxın əsgər dəmir barmaqlıqlar arxasında saxlanılır.
Minalarla əhatə olunmuş hərbi bazada saxlanılan əsgərin qaçmasının qarşısını almaq üçün bölgədə muzdlular çalışır.