ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə Rusiyadan da reaksiya gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Myanmada olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib ki, Pelosinin səfəri Vaşinqtonun Ukraynadakı vəziyyətə yanaşmasını əks etdirir:
“Onları hərəkətə gətirənləri şərh etmək istəmirəm. Amma mən şübhə etmirəm ki, Vaşinqton Ukraynadakı vəziyyətlə bağlı eyni xətti əks etdirir. Bu səfər ABŞ-nin öz toxunulmazlığını hər kəsə sübut etmək istəyini əks etdirir. Bunun Çin üçün nə demək olduğu hamıya məlum olsa da, mən birdən-birə belə problem yaratmağa başqa səbəb görmürəm”.