Rusiyanın Moskva vilayətinin İstra şəhərində yerləşən “Ozon” internet-mağazasının anbarında yanğın baş verib.
Manset.az “İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan ikisi hospitalizə edilib.
İlkin məlumata görə, yanğın 35 min kv.m. ərazini əhatə edib.