Ukraynadan çıxan ilk ərzaq gəmisi Türkiyədən Livana yola düşdü

19:29 - 03 Avqust 2022

Ukraynadan çıxan ilk ərzaq gəmisi Türkiyədən Livana yola düşdü

Ukraynadan çıxan qarğıdalı yüklü ilk ərzaq gəmisi Birgə Koordinasiya Mərkəzinin təftiş qrupu tərəfindən aparılan yoxlamadan sonra İstanbul sahillərindən Livana doğru yol alıb.

Manset.az TASS-a istinadən xəbər verir ki, Yük gəmisini Türkiyə Sahil Mühafizəsinin kateri müşayiət edir.

Bosforu keçdikdən sonra “Razoni” adlı gəmi Mərmərə dənizinə girəcək, Çanaqqala boğazından keçəcək, daha sonra Egey və Aralıq dənizləri vasitəsilə marşrutun son nöqtəsi olan Livana çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az