Zaporojye Atom Elektrik Stansiyası nəzarətdən çıxdı – DƏHŞƏTLİ İDDİA

10:45 - 04 Avqust 2022

Zaporojye Atom Elektrik Stansiyası nəzarətdən çıxdı – DƏHŞƏTLİ İDDİA

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada Rusiya qüvvələrinin nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının “nəzarətdən çıxdığını” açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, MAQATE-nin prezidenti Rafael Qrossi açıqlamasında "Zaporojye Atom Elektrik Stansiyası nəzarətdən çıxıb. Nüvə təhlükəsizliyinin hər bir prinsipi pozulub" deyib.

O, MAQATE-nin obyektdəki personalla münasibətlərinin “qeyri-müntəzəm” olduğunu, avadanlıq və ehtiyat hissələrinin tədarükünün kəsildiyini, obyektdə MAQATE tərəfindən yoxlanılması lazım olan çoxlu nüvə materiallarının olduğunu bildirib.

Qrossi komandasının son 2 aydır Zaporojye nüvə obyektini ziyarət etməyə hazır olduğunu, lakin bu günə qədər tapşırığı yerinə yetirə bilmədiklərini, Zaporojyeyə çatmaq üçün onun və komandasının mühafizəyə ehtiyacı olduğunu bəyan edib:

“Bu, həm Rusiya, həm də Ukraynanın əməkdaşlığını tələb edir. Hər iki tərəfdən bu vəzifənin davam etməsinə icazə vermələrini xahiş edirəm".


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az