NATO-nun baş katibi Yens Stoltenberq Avropa ölkələrinə yeni xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya-Ukrayna müharibəsinin nəticələrinin təhlükəli ola biləcəyini ifadə edən Stoltenberq, “Rusiya bu müharibəni qazanarsa, Putin şiddətin işlədiyini təsdiq edəcək. O zaman növbə Rusiyanın digər qonşularına da gələ bilər” deyib.