Sergey Lavrovdan Qarabağdakı gərginliyə MÜNASİBƏT

17:15 - 04 Avqust 2022

Sergey Lavrovdan Qarabağdakı gərginliyə MÜNASİBƏT

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib.

 

Manset.az "report"a istinadən xəbər verir ki, o, regiondakı gərginlikdən narahat olduğunu deyib.

“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - S.Lavrov söyləyib.

Rusiya XİN-dən isə bildirilib ki, ölkənin ali rəhbərliyi, həmçinin S.Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az