Tayvan beynəlxalq ictimaiyyətə səsləndi

11:05 - 05 Avqust 2022

Tayvan beynəlxalq ictimaiyyətə səsləndi

Tayvan lideri Tsay İnq-ven ABŞ nümayəndəsi Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq Çinin ada ətrafında başlatdığı hərbi təlimə reaksiya verib. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İnq-ven beynəlxalq ictimaiyyəti Çinə qarşı çıxmağa çağırıb.

"Çinin hərəkətləri Tayvan boğazında status-kvonu və suverenliyimizi pozur", - Tayvan lideri bildirib. 

Tsai, Tayvanın Çinin təhdidləri qarşısında gərginliyi artırmayacağını, əksinə suverenliyini müdafiə edəcəyini ifadə edərək, Pekini "ağıl və təmkinlə hərəkət etməyə" çağırıb.

Liman və hava limanlarında fəaliyyətlərin düzgün işləməsi və maliyyə bazarlarının stabil işləməsi üçün hökumətin lazımi tədbirlər görəcəyini ifadə edən Tsai, Tayvan ordusunun təlim bölgələrində də sayıqlıq səviyyəsini artırdığını qeyd edib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az