Baydenin növbəti koronavirus testinin nəticəsi müsbət çıxdı

09:13 - 06 Avqust 2022

Baydenin növbəti koronavirus testinin nəticəsi müsbət çıxdı

ABŞ Prezidenti Cozef Baydenin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.

Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ administrasiyasının rəhbərini müalicə edən həkim Kevin O Konnorun bəyanatına görə, Baydenin koronavirus testi növbəti dəfə müsbət çıxıb. ABŞ lideri ciddi özünütəcrid qaydalarına riayət etməyə davam edəcək.

Kevin O Konnor bildirib ki, Prezident özünü çox yaxşı hiss edir.

“Öskürək demək olar, tamamilə yox olub. Hərarət, nəbz, qan təzyiqi, tənəffüsü və saturasiya səviyyəsi normal həddə qalır. Ciyərlər təmizdir", - O Konnor əminliklə bildirib. Həkim əlavə edib ki, buna baxmayaraq, SARS-CoV-2 virusu üçün test müsbət nəticə göstərib.

“Prezident əvvəllər elan edilmiş ciddi özünütəcrid tədbirlərini həyata keçirməyə davam edəcək”, - açıqlamada deyilir.

Eyni zamanda Ağ Evin mətbuat xidməti Cozef Baydenin həyat yoldaşı Cillə birlikdə bazar ertəsi Kentukkiyə gedəcəyini də bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az