Əfqanıstanda partlayış - Çox sayda yaralı var

19:47 - 06 Avqust 2022

Əfqanıstanda partlayış - Çox sayda yaralı var

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər xəsarət alıb.

Əraziyə çox sayda təcili yardımın göndərildiyi açıqlanıb.

Britaniyanın "Reuters" xəbər agentliyi şahidlərə əsaslanaraq partlayış nəticəsində çoxlu insanın ölə biləcəyini bildirib.

Qeyd edək ki, dünən Kabilin eyni bölgəsində İŞİD-ın törətdiyi hücumda 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az