Sanksiyalar “Ermənistan”ı da vurdu

23:14 - 06 Avqust 2022

Sanksiyalar “Ermənistan”ı da vurdu

“Ermənistan” hava yolları şirkətində təyyarə çatışmazlığı özünü göstərir.

 

Manset.az xəbər verir ki, bu barədə “Ermənistan” aviaşirkətinin direktoru Gevorq Xaçatryan deyib.

O bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən bəzi icarəçilər öz təyyarələrini geri çağırmağa başlayıblar. Bu isə bir çox aviaşirkətdə, o cümlədən “Ermənistan”da təyyarə çatışmazlığına səbəb olub.

Xaçatryan xüsusilə Moskvaya reyslərin təxirə salınması və gecikməsinin səbəbini bununla izah edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az