İranın İlam əyalətində zəlzələ baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, yeraltı təkanlar İlam əyalətinin Dehloran şəhər yaxınlığında Rixter cədvəli üzrə 4 bal gücündə yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.