Roma Papası Ukraynadan taxılın daşınmasını sülhə işarə kimi Dəyərləndirdi

17:21 - 07 Avqust 2022

Roma Papası Ukraynadan taxılın daşınmasını sülhə işarə kimi Dəyərləndirdi

Roma Papası Fransisk Ukrayna limanlarından taxılın ilk partiyasının daşınmasını alqışlayıb.

Manset.az xəbər verir ki, Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü müraciətində o, bu hadisəni sülhə ümid kimi gördüyünü söyləyib.

“Mən Ukrayna limanlarından taxılın ilk partiyasının daşınmasını məmnunluqla qarşılayıram. Bu addım dialoqun mümkün olduğunu və arzu olunan nəticələrin mümkünlüyünü nümayiş etdirir. Bu, sülhə işarədir və ümid edirəm ki, həmin yolla gedərək, atəşkəs və dayanıqlı sülh əldə edilə bilər”, - pontifik bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az