Rusiya dövlət mediasının məlumatına görə, dünyanın 4-cü ən böyük ordusuna sahib olan Şimali Koreya Ukraynanı məğlub etmək üçün Rusiyaya 100 min əsgər təklif edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreyanın Donbas bölgəsinin yenidən qurulmasına kömək etmək üçün mindən çox işçi göndərməyə də hazır olduğu da açıqlanıb.
Rusiya hərbi mütəxəssisi İqor Korotçenko, "Şimali Koreya Ukrayna faşizminə qarşı mübarizədə beynəlxalq vəzifəsini yerinə yetirmək istəyirsə, ona icazə verməliyik" deyib.