Kubada ildırımın vurduğu neft anbarında yenidən partlayış səsləri eşidilir - VİDEO

15:25 - 08 Avqust 2022

Kubada ildırımın vurduğu neft anbarında yenidən partlayış səsləri eşidilir - VİDEO

Kubanın Matansas əyalətində ildırım vurması nəticəsində yanan neft anbarında daha bir partlayış baş verib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla 23:30-da (Bakı vaxtı ilə 07:30) qeydə alınıb.

Ümumilikdə neft anbarında indiyədək səkkiz rezervuardan ikisi məhv olub.

Xatırladaq ki, artıq dördüncü gündür ki, Matansas əyalətində neft anbarı yanır. Yanğın tankın günbəzinə ildırım düşməsindən sonra başlayıb. Hazırda rəsmi məlumata görə, bir nəfər ölüb, 16 nəfər itkin düşüb, 122 nəfər yaralanıb.

Dünən yanğının başladığı yanacaq rezervuarın söndürüldüyü bildirilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az