Rusiyada təyyarə QƏZASI - bütün heyət öldü

17:40 - 08 Avqust 2022

Rusiyada təyyarə QƏZASI - bütün heyət öldü

Rusiyanın Komi Respublikasının Uxta şəhərində təyyarə qəzaya uğrayıb və nəticədə 3 nəfər ölüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsindən bildirilib.

“Cessna” yüngül mühərrikli təyyarəsi eniş zamanı qəzaya uğrayıb”, - deyə xidmət əməkdaşı qeyd edib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 3 nəfər olubvə onlar qəzadan sağ çıxa bilməyiblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi hadisənin səbəblərini araşdırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az