Rusiyanın Komi Respublikasının Uxta şəhərində təyyarə qəzaya uğrayıb və nəticədə 3 nəfər ölüb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsindən bildirilib.
“Cessna” yüngül mühərrikli təyyarəsi eniş zamanı qəzaya uğrayıb”, - deyə xidmət əməkdaşı qeyd edib.
Onun sözlərinə görə, təyyarənin göyərtəsində 3 nəfər olubvə onlar qəzadan sağ çıxa bilməyiblər.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi hadisənin səbəblərini araşdırır.