ABŞ-ın başına külli miqdarda pul qoyduğu “Taliban” komandiri ÖLDÜRÜLDÜ

18:01 - 08 Avqust 2022

ABŞ-ın başına külli miqdarda pul qoyduğu “Taliban” komandiri ÖLDÜRÜLDÜ

Əfqanıstanın Pəktika vilayətində "Taliban”ın Pakistan qolunun yüksək rütbəli rəhbəri Ömər Xalid Xorasani kimi tanınan Əbdül-Vəli Raqib Mohmandi öldürülüb.

Manset.az xəbər verir ki, hadisə onun olduğu avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Nəticədə Xalid Xorasani və onun dörd köməkçisi həlak olub.  

Qeyd edək ki, Vaşinqton Ömər Xalid Xorasani haqqında məlumat verənə 3 milyon dollar mükafat elan etmişdi. 

O, uzun illər ABŞ hərbi administrasiyasının hədəfində idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az