Çində yeni virus AŞKARLANDI

23:07 - 08 Avqust 2022

Çində yeni virus AŞKARLANDI

Alimlər Çində yeni Lanqya henipavirusu (LayV) aşkar etdilər.

Manset.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata əsasən, ilk yoluxma halları Çinin Şandun və Henan əyalətlərində aşkar edilib.

Virusa indiyədək azı 35 yoluxma halı qeydə alınıb və həmin şəxslərin 9-da qızdırma, yorğunluq və öskürək kimi simptomlar özünü göstərib.

Tədqiqatçıların sözlərinə görə, virusun insandan insana keçib-keçməməsi hələlik məlum deyil.

Qeyd edək ki, virusdan ölüm halı qeydə alınmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az