Ukraynadan daha 2 gəmi yola düşəcək

09:18 - 09 Avqust 2022

Ukraynadan daha 2 gəmi yola düşəcək

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukraynanın Çernomorsk şəhərindən iki gəminin göndərilməsinə icazə verib.

 

Manset.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, 70 min ton ərzaq yükü olan gəmilərin yola salınması bu günə planlaşdırılır.

Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu iki gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.

Bundan əvvəl Mərkəz Ukraynadan taxıl daşıyan “Polarnet” və “Rojen” quru yük gəmilərininBosfor boğazından keçməsinə icazə vermişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az