Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

12:58 - 09 Avqust 2022

Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 42 640 hərbçisini itirib.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 817 tank, 4 076 zirehli döyüş maşını, 964 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 133 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 193 helikopter, 757 PUA, 185 qanadlı raket, 15 gəmi, 2 998 avtomobil texnikası və avtosistern, 87 xüsusi texnikadan ibarətdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az