Türkiyədə həyat yoldaşını tüfənglə öldürən qatil sosial şəbəkədə bununla bağlı paylaşım edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hər yerdə polislər tərəfindən axtarılan Gencay Korur qətldən sonra sosial media platformasının status bölməsində “Qürur duyur” sözlərini paylaşaraq, “Ayşe Korur haqqın rəhmətinə qovuşdu. Namusumu təmizlədim, hamıya elan olunur" yazıb.