Çinin iki əyalətində öldürücülüyü 75 faiz olaraq hesablanan "Langya" virusu ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu virusa yoluxanlar arasında ölüm halının olmadığı bildirilib.
Mütəxəssislər virusun insanlara siçan növündən keçdiyini iddia ediblər.
Xəstələrin əksəriyyətində xəstəliyin yüngül formada keçdiyi, ümumiyyətlə qripə bənzər simptomların olduğu vurğulanıb.
Virusun kirpi və köstəbək növlərindən də yoluxma ehtimalının olduğu qeyd edilib.
Bu xəstəlik insanlarda ilk dəfə 2019-cu ildə müşahidə olunub.