Serbiyanın Novi Sad şəhərində fermerlər vəziyyətlərinə diqqət çəkmək üçün şəhərin iki kəsişməsini traktorlarla bağlayıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Serbiyanın Novi Sad şəhərində hökumət binası qarşısına toplaşan, lakin kənd təsərrüfatı naziri Branislav Nedimoviçlə görüşündə tələbləri qəbul edilməyən fermerlər traktorları ilə nümayiş keçiriblər.
Serbiya hökumətindən quraqlıq nəticəsində kənd təsərrüfatı məhsullarının azalması ilə əlaqədar təbii fəlakət elan edilməsini, fermerlər üçün yanacağın azaldılmasını və bəzi kənd təsərrüfatı məhsullarının alış qiymətinin artırılmasını tələb edən fermerlər bundan sonra da tələbləri yerinə yetirilənə qədər nümayişlərə davam edəcəklərini bildiriblər.