Ərdoğan Sloveniya prezidenti ilə təkbətək görüşəcək

19:01 - 10 Avqust 2022

Ərdoğan Sloveniya prezidenti ilə təkbətək görüşəcək

Prezident Ərdoğan Sloveniya Prezidenti Pahoru rəsmi mərasimlə qarşılayıb. İki liderin təkbətək görüşü də olacaq.

Manset.az xəbər verir ki, Sloveniya Prezidenti Borut Pahor, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 9-11-də Türkiyədə rəsmi səfərdə olacaq. 

Ərdoğan və Pahor arasında keçiriləcək görüşlərdə Türkiyə-Sloveniya münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Sloveniya ilə ikitərəfli əlaqələrlə yanaşı, Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesi, aktual regional və qlobal problemlər, xüsusilə də Balkanlar üzrə fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az