Rusiyada COVID-19 ştammları olan “Omikron” və “Delta”nın yeni hibridi “Deltakron” aşkar edilib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə amerikalı alim Dmitri Pruss deyib.
Alimin sözlərinə görə, bu hibrid hələlik Rusiyadan başqa heç bir ölkədə aşkar edilməyib:
““Rusiya Deltakronu”nun təhlükəli olub-olmadığını müəyyənləşdirmək lazımdır”.
Qeyd edək ki, ötən ay Rusiyada “Omikron” ştammının yeni alt növü "Kentavr" aşkarlanmışdı.