G7 ölkələri və Aİ Rusiyaya müraciət etdi - SƏBƏB

11:24 - 11 Avqust 2022

G7 ölkələri və Aİ Rusiyaya müraciət etdi - SƏBƏB

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-dan ibarət G7 ölkələri Avropa İttifaqı ilə birgə bəyanat yayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyadan Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olan bütün nüvə obyektlərinə, eləcə də Zaporojya Atom Elektrik Stansiyasına dərhal tam nəzarəti geri qaytarmağı tələb edən bəyanatda, “Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindən dərhal qoşunlarını çıxarmalı və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir. Ukraynalı personal Zaporojye Atom Elektrik Stansiyası hədə-qorxu və məcburiyyət olmadan öz vəzifələrini yerinə yetirə bilməlidir. Biz Rusiya silahlı qüvvələri tərəfindən Ukraynadakı nüvə obyektlərinin ələ keçirilməsinin bu obyektlərin təhlükəsizliyinə ciddi əngəl törətməsindən, nüvə qəzaları və ya insidentləri riskini əhəmiyyətli dərəcədə artırmasından, Ukrayna xalqını, qonşu dövlətləri və beynəlxalq ictimaiyyəti təhlükəyə atmasından çox narahatıq” deyilib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az