Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqındakı münasibətlərlə bağlı məqalə yazıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın baş naziri Mateusz Morawiecki Avropa İttifaqını daha kiçik üzv dövlətlərə qarşı “imperialist” olmaqda ittiham edib.
Rusiyanın Ukraynaya təcavüzünün Avropanın çatışmazlıqlarını ortaya qoyduğunu dilə gətirib:
"Aİ ölkələri də Almaniyanın davranışını əks etdirsəydi, Rusiya artıq Ukraynanı ələ keçirərdi. Bu gün Avropanın Putinin şantaj vasitəsi kimi istifadə etdiyi Rusiyadan qaz asılılığı demək olar ki, dönməz xarakter alacaqdı”.