ABŞ-da güclü partlayış: Ölənlər var - FOTO/VİDEO

13:30 - 11 Avqust 2022

ABŞ-da güclü partlayış: Ölənlər var - FOTO/VİDEO

ABŞ-ın İndiana ştatının Elansvil şəhərində yaşayış evində güclü partlayış baş verib. Nəticədə üç nəfər ölüb.

 

Manset.az oxu.az-a istinadn xəbər verir ki, bundan başqa, hadisə nəticəsində 39 evə ziyan dəyib, onlardan 11-i yaşayış üçün yararsız hala düşüb.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub. Bütün qaz və elektrik xətləri yoxlanılır.

Bundan əlavə, şəhər sakinlərinə əraziyə girmək qadağan edilib. Hadisənin səbəbləri araşdırılır.

Səlahiyyətlilər ölən və yaralananların daha çox ola biləcəyini qeyd edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az