İraqın Süleymaniyyə şəhərindəki əyləncə parkında atraksiyon qəzası baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis idarəsindən verilən açıqlamada atraksiyonun aşması nəticəsində baş verən qəzada 14 nəfərin yaralandığı bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.