Elbrus dağlarında turist qadın 3,8 min metr yüksəklikdə övlad dünyaya gətirdi - VİDEO

22:53 - 12 Avqust 2022

Elbrus dağlarında turist qadın 3,8 min metr yüksəklikdə övlad dünyaya gətirdi - VİDEO

Elbrus dağlarında ilk dəfə turist qadın 3,8 min metr hündürlükdə uşaq dünyaya gətirib.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın kanat yolu ilə dırmaşarkən doğum sancıları başlayıb. Xilasedicilərin qadının yanına çatması çətin olduğu üçün o, Qara-Başi stansiyasında körpəni özü dünyaya gətirməli olub. Yanında ona mənəvi dəstək olan digər turistlər və işçilər də olub.

Turistin oğlan övladı dünyaya gəlib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, belə hal ilk dəfə baş verir: Elbrusda əvvəllər heç kim uşaq dünyaya gətirməyib.

Qeyd edilir ki, qadın hamilə olduğunu bilməyib.

Sosial şəbəkə istifadəçiləri hesab edir ki, oğlana Elbrus adı verilməlidir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az