ÜST meymunçiçəyinin 2 variantına yeni adlar verdi

16:42 - 13 Avqust 2022

ÜST meymunçiçəyinin 2 variantına yeni adlar verdi

Artıq meymunçiçəyi virusunun variantları yeni şəkildə adlandırılacaq. Belə ki, onlar Roma rəqəmləri ilə işarələnəcəklər.

 

Manset.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytında məlumat verilib.

Müvafiq qərarı beynəlxalq təşkilatın ekspertləri qəbul ediblər.

Buna səbəb əvvəlki adların alçaldıcı və ya irqçi sayıla biləcəyi qorxusu olub.

Artıq bu virus xəstəliyinin iki kladının (növ müxtəlifliyi) adı dəyişdirilib.

Belə ki, xəstəliyin əvvəllər “Konqo Hövzəsi” (Mərkəzi Afrika) kimi tanınan variantı indi “klad 1” və ya “I” (“birinci”) kimi, “Qərbi Afrika” növü isə “klad 2” və ya “II” (İkinci) kimi tanınacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az