Abdullah Gül koronavirusa yoluxdu

19:40 - 13 Avqust 2022

Abdullah Gül koronavirusa yoluxdu

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül koronavirusa yoluxub.

Bu barədə Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, o, təcrid edilib və müalicəsini evində davam etdirir. A.Gül COVID-19-u yüngül keçirir.

Qeyd edək ki, Türkiyə dünyada koronavirusa yoluxma statistikasına görə 10-cudur. Ölkədə bu günədək 16 295 817 insan COVID-19-a yoluxub, 99 678 nəfər ölüb, koronavirusa yoluxmuş 15 875 121 insan sağalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az