“Yeri gələndə Ukraynada, yeri gələndə Rusiyadayıq, Niyə? Çünki biz Türkiyəyik” - Ərdoğan

19:51 - 13 Avqust 2022

“Yeri gələndə Ukraynada, yeri gələndə Rusiyadayıq, Niyə? Çünki biz Türkiyəyik” - Ərdoğan

Çorumda keçirilən kütləvi açılış mərasiminə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin artan beynəlxalq nüfuzu, eləcə də terrorla mübarizədəki qətiyyətindən danışıb.

 “Yeri gələndə Ukraynada, yeri gələndə Rusiyadayıq. Niyə? Çünki biz Türkiyəyik. Terror bataqlığını qurutmaq üçün sərhədi keçən terrorçuların başlarına minirik. Biz bunu başqalarının silahları ilə deyil, öz istehsal etdiyimiz silahlar və helikopterlərlə edirik”, - deyə dövlət başçısı vurğulayıb.

Manset.az türk mətbuatına istinadən xəbər verir ki, o, Qara dənizdə təbii qaz hasilatının ölkəni tamamilə dəyişəcəyini də qeyd edib.

“Bizim 4 qazma gəmimiz var. Unutmayın ki, təbii qazı çıxardığımız andan bu ölkə tamamilə fərqli olacaq”, - deyə Ərdoğan bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az