Hulusi Akar: “35 656 terrorçu zərərsizləşdirilib”

22:34 - 13 Avqust 2022

Hulusi Akar: “35 656 terrorçu zərərsizləşdirilib”

Şəhid ailələri və qazilərlə görüşən Türkiyənin müdafiə naziri Hulusi Akar 24 iyul 2015-ci il tarixindən indiyədək 35 min 656 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Manset.az xəbər verir ki, Balıkəsir Polis Evində təşkil olunan ziyafət proqramında çıxış edən nazir Silahlı Qüvvələrin ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün üzərinə düşən vəzifələri əzmlə yerinə yetirməyə davam etdiyini vurğulayıb.

Akar son illərdə Türkiyə ordusunun vəzifə və məsuliyyətinin artdığına da diqqət çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az