Pakistanda güclü yağışlar 10 nəfərin həyatına SON QOYDU

22:57 - 13 Avqust 2022

Pakistanda güclü yağışlar 10 nəfərin həyatına SON QOYDU

Pakistanın Bəlucistan və Sind əyalətlərində güclü yağışlar nəticəsində 10 nəfər ölüb.

Manset.az xəbər verir ki, bölgədə 40 mindən çox evə ziyan dəyib, bir çox kənd təsərrüfatı sahələri su altında qalıb.

Həmçinin, Ketta ilə Kəraçi arasındakı quru yolu su altında qaldığından, Bəlucistanın Sind əyaləti ilə əlaqəsi kəsilib. Bütün ştatda 2100 kilometr avtomobil yolu və 25 körpü də yağışlar nəticəsində zədələnib.

Bununla yanaşı, təbii fəlakət ucbatından Çaman və Ketta arasında qatar səfərləri də dayandırılıb.

Qeyd edək ki, iyunun 1-dən bəri musson yağışları nəticəsində təkcə Belucistanda ölənlərin sayı artıq 182-yə yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az