Bu ölkədə Rusiyanın 10 təyyarəsi saxlanıldı

12:23 - 14 Avqust 2022

Bu ölkədə Rusiyanın 10 təyyarəsi saxlanıldı

Almaniya aerodromlarında rusiyalı sahibkarlara və Rusiyanın nəzarət etdiyi şirkətlərə məxsus 10 təyyarə var.

 

Manset.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, biznes və çarter reyslər üçün istifadə edilmiş bu təyyarələr arasında Leypsiqdə 3 “An-124”, Kölndə “Bombardier BD-100-1A10 Challenger 300” və “Boeing 737”, Frankfurte-Xanedə “Boeing 747”, Baden-Badendə “Cessna 750 Citation X” və 2 “Embraer ERJ-B3 BD 1A10 Global Express XRS” var.

Bundan əlavə, Münhendə “Airbus A320” saxlanılıb. Bu təyyarə Rusiya şirkəti tərəfindən icarəyə götürülüb. Təyyarənin gələcək taleyi ilə bağlı təyyarənin sahibi qərar qəbul etməlidir.

Bu təyyarələr sanksiyalar səbəbindən Almaniyanı tərk edə bilmir. Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra fevralın 27-də Almaniya səmasını Rusiya aviasiyası üçün bağlayıb.

Almaniya Nəqliyyat Nazirliyi bildirib ki, Avropa İttifaqının sanksiyaları səbəbindən həmin təyyarələrin uçuşları qadağan edilsə də, təyyarələri digər yerlərə aparmaq mümkün deyil. Rusiya təyyarələrinə yalnız sanksiyalara daxil olmayan xidmətlər təqdim olunur. Ancaq ehtiyat hissələri də daxil olmaqla, təyyarələr sanksiyalara daxil olan xidmətlər göstərilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az