Almaniyanın qaz anbarları dolur - Aİ-nin planı baş tutur

14:48 - 14 Avqust 2022

Almaniyanın qaz anbarları dolur - Aİ-nin planı baş tutur

Almaniyanın qaz anbarlarının artıq 75,43%-i dolub.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin operator şirkətləri məlumat yayıb.

Aİ-nin may ayında qəbul edilmiş qaz anbarı ilə bağlı qaydalarına əsasən, sentyabrın 1-dək 75%-lik göstəriciyə çatmaq planlaşdırılırdı. Almaniyanın Qaz və Hidrogen Saxlama Sistemləri Operatorları Assosiasiyasının (INES) məlumatına görə, yay aylarında qaz istehlakını azaltmaqla və Avropanın şimal-qərbindən mavi yanacağın idxalının həcmini artırmaqla anbarların doldurulmasını sürətləndirmək mümkün olub.

Aİ-nin reqlamentinə əsasən, Almaniyanın anbarları oktyabrın 1-dək ən azı 85%, noyabrın 1-dək isə ən azı 95% dolu olmalıdır. Ancaq indiki sürət davam edərsə, bu hədəflərə daha tez çatmaq mümkün olacaq.

Aİ-nin planına görə, artan qaz ehtiyatları Rusiyadan qaz tədarükünün tamamilə dayandırılmasına qədər qaz bazarındakı istənilən dalğalanmaları kompensasiya edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az