"Rusiya işğalçı və qatildir” - Podolyak

23:20 - 14 Avqust 2022

\"Rusiya işğalçı və qatildir” - Podolyak

Ukrayna istənilən silahın köməyi ilə öz ərazilərini rus işğalçılarından azad edə bilər.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin dəftərxana rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.

“Krım da Donetsk və ya Xerson kimi Rusiya Federasiyasının bir hissəsi deyil. Zaporojye AES Rusiyanın obyekti deyil, Ukraynanın atom elektrik stansiyasıdır.

Rusiya yad bir ölkə ərazisinə müharibə ilə gəlmiş işğalçı və qatildir. Ukraynanın öz ərazilərini istənilən silahın köməyi ilə azad etmək üçün hər cür hüquqi əsası var”, - Podolyak qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az