Putin Moskva vilayətində avqustun 21-dək davam edəcək “Armiya” adlı 8-ci Beynəlxalq Hərbi-Texniki Forumun açılışında çıxış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin Rusiyanın hərbi-texniki əməkdaşlığın geniş və hərtərəfli inkişafının tərəfdarı olduğunu bildirib və vurğulayıb ki, hazırda getdikcə formalaşan çoxqütblü dünya düzənində belə əməkdaşlıq daha da vacib olub.
Rusiyanın çoxsaylı müttəfiqlərə sahib olmasından məmnuniyyət duyduqlarını bildirən Putin, "Ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri, tərəfdaşları və həmfikirləri olması bizi sevindirir. Onlar sözdə hegemonluq qarşısında baş əyməyən dövlətlərdir.
Onlar suveren, müstəqil inkişaf yolunu seçirlər. Onlar beynəlxalq hüququ, qarşılıqlı məsuliyyəti və bir-birinin maraqlarını nəzərə alaraq qlobal və regional təhlükəsizlik məsələlərini kollektiv şəkildə həll etmək istəyirlər. Beləliklə, onlar çoxqütblü dünyanın qorunub saxlanmasına töhfə verirlər. Rusiyanın xüsusilə Latın Amerikası, Asiya və Afrika ölkələri ilə güclü əlaqələri olduğunu qeyd edən Putin, "Biz Latın Amerikası, Asiya və Afrika dövlətləri ilə möhkəm, mehriban və həqiqi etibara əsaslanan münasibətləri səmimiyyətlə qiymətləndiririk. Biz müttəfiqlərimizə və tərəfdaşlarımıza atıcı silahlardan zirehli texnika və artilleriyaya, hərbi aviasiyadan pilotsuz təyyarələrə qədər ən müasir silahları təklif etməyə hazırıq” deyib.