Daha 4 gəmi Ukraynadan yola düşdü - FOTO

12:58 - 17 Avqust 2022

Daha 4 gəmi Ukraynadan yola düşdü - FOTO

Ukrayna limanlarından taxılın daşınması planlaşdırıldığı kimi davam edir.

 

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabında məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, taxılla yüklənmiş daha dörd gəmi Ukraynanı tərk edib.

Bu çərçivədə bu gün səhər saatlarından etibarən günəbaxan unu, günəbaxan yağı və qarğıdalı daşıyan daha dörd gəminin Odessa və Çernomorsk limanlarından yola düşdüyü qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az