Taliban Əfqanıstanın Miqrasiya və Qaçqınlar Nazirliyinin nümayəndə heyətinin əfqan qaçqınların vəziyyətini araşdırmaq üçün Türkiyəyə gedəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əfqanıstanın miqrasiya və qaçqınlar nazirinin müavini Məhəmməd Arsala Türkiyə rəsmiləri ilə əfqan qaçqınların vəziyyəti və onların Əfqanıstana qayıtması ilə bağlı apardıqları danışıqlarda bir nəticəyə gəlmədiklərini və bu məsələ ilə bağlı hələlik razılığın olmadığını bildirib.
Arsala qaçqınların geri qayıtması, yaşadıqları problemlər və onlara yardımla bağlı hər mövzuda ətraflı müzakirələr aparılacağını və bütün problemlərin nəzərə alınacağını bildirib.