İngiltərənin “Financial Times” qəzeti Türkiyə ilə Rusiyanın münasibətləri haqqında yazıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Financial Times”, “İki ölkə arasında ticarət əlaqələrinin artması, Ankara ilə Moskva arasında iqtisadi əməkdaşlığın dərinləşməsi Qərb rəsmilərini narahat edir” - yazıb.
Avropa İttifaqının iki rəsmisi bildirib ki, üzv dövlətlər Türkiyənin Rusiya ilə artan ticarətinin Avropayla olan ticarəti əvəzləyəcəyi ehtimalından getdikcə narahatdırlar.