Şri-Lankadan qaçan keçmiş prezident gələn həftə ölkəyə qayıdacaq

19:58 - 18 Avqust 2022

Şri-Lankadan qaçan keçmiş prezident gələn həftə ölkəyə qayıdacaq

Şri-Lanka prezidenti geri dönəcək.

Manset.az xəbər verir ki, etiraz aksiyalarından sonra ada dövlətindən qaçan Qotabaya Rajapaksanın gələn həftə ölkəyə qayıdacağı gözlənilir.

Bu barədə xarici işlər naziri Əli Sabri bildirib.

Şri-Lanka hökuməti Rajapaksanın geri qayıtması barədə “diplomatik kanallar vasitəsilə” məlumatlandırılıb.

“Rəsmi olaraq biz bu prosesdə iştirak etmirik. O, Şri-Lanka vətəndaşıdır və istədiyi kimi səyahət edə bilər”, - deyə Sabri bildirib.

Rajapaksanın əmisi oğlu, Şri-Lankanın Rusiyadakı keçmiş səfiri Udayanqa Viratunqa jurnalistlərə bildirib ki, keçmiş lider avqustun 24-də qayıdacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az