İran prezidenti İbrahim Rəisi “CBS” televiziyasında yayımlanan "60 dəqiqə" proqramında çıxış edərək ölkəsinin nüvə anlaşması və Tehran və Vaşinqton arasındakı danışıqlarla bağlı mövqeyi ilə bağlı sualları cavablandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rəisi mümkün nüvə razılaşması üçün ABŞ-nin bir daha bu sazişdən çıxmayacağına dair təminat verməli olacağını bildirib.
ABŞ-nin 2015-ci ildə imzalanan nüvə razılaşmasından birtərəfli qaydada geri çəkildiyini və bu səbəbdən də Vaşinqton rəhbərliyinə güvənmədiklərini ifadə edən Rəisi, “Yaxşı və ədalətli bir razılaşma olacağı təqdirdə, razılaşmaya ciddi yanaşacağıq. Müqavilə daimi olmalıdır. Zəmanətlər (ABŞ-nin müqaviləni tərk etməyəcəyinə dair) olmalıdır”.