Venezuelada bir neft emalı zavoduna ildırım düşməsi nəticəsində yanğın çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.
Müdafiə nazirinin müavini Karlos Peres Amueda yanğının 95 faizinin nəzarət altında olduğunu bildirib.
Neft naziri Tareck El Aissami hadisə nəticəsində ölən və ya xəsarət alan olmadığını bildirib.